4 May 2016 14:36
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Binəqədi rayon Məhkəməsində Zərdab rayon prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovla bağlı başlanmış cinayət işinin istintaq müddəti daha 3 ay uzadılıb.

Teleqraf.com xəbər verir ki, Baş Prokurorun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi Rəşad Bəşirov Rüfət Səfərovun istintaqının müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət edib. Məhkəmə müraciəti təmin edib.

Qeyd edək ki, bu ilin yanvarın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə Rüfət Səfərov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin qərardan məhkəməyə müraciət olunaraq həbs qərarının ev dustaqlığı ilə əvəzlənməsi istənilib. Yanvarın 22-də onun müraciətinə Binəqədi rayon Məhkəməsi tərəfindən baxılıb və barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.

Rüfət Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.

Xatırladaq ki, Rüfət Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğludur.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər