Daxili Işlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları Gəncədə əməliyyat həyata keçirib.
Teleqraf.com xəbər verir ki, əməliyyat tədbirləri nəticəsində Gəncə şəhərində yaşayan Sahib Tağıyevə məxsus fərdi heyvandarlıq müəssisəsində Rusiya Federasiyası vətəndaşlatını azadlığını məhdudlaşdırmaqla uzun müddət işləməyə məcbur ediblər.
Qeyd edək ki, sonuncu dəfə belə bir əməliyyat Nardaran qəsəbəsində keçirilib. İki qardaş Azərbaycan və Ukrayna vətəndaşlarını qul kimi işlədiblər. Bilgəh qəsəbə sakinləri Ədalət Əliyev və qardaşı Ataməli həbs ediliblər. Onlar Nardaran qəsəbəsinin ərazisində yerləşən fərdi heyvandarlıq müəssisələrində Azərbaycan və Ukrayna vətəndaşlarının azadlıqlarını məhdudlaşdırmaqla uzun müddət işləməyə məcbur ediblər.
Daha bir fakt isə Xəzər rayonunda qeydə alınmışdı. Bakı şəhər sakini, 1947-ci il təvəllüdlü Tofiq Rzayevin bir qrup şəxslə cinayət əlaqəsinə girərək Xəzər rayonunda yerləşən özünəməxsus heyvandarlıq sahəsində Azərbaycan Respublikası vətəndaşlarını məcburi əməyə məruz qoyması faktı müəyyən edilib.
Hacı Zeynalov