13 May 2016 16:06
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi hakim oğlunun yol qəzasında ölməsi ilə bağlı açıqlama yayıb.

Teleqraf.com xəbər verir ki, hadisə mayın 11-də, gecə saat 03.00-da Nəsimi rayonunun Bülbül prospektində baş verib.

Bakı şəhər sakini Rəhim Kərimov idarə etdiyi “Mercedes” markalı avtomobillə piyada Rüfət Allahverdiyevi vurub. Xəstəxanaya yerləşdirilmiş Rüfət Allahverdiyev mayın 12-də orada ölüb.

Qeyd edək ki, Rüfət Allahverdiyev Tərtər Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğludur.
Rüfət Allahverdiyev ADA universitetinin tələbəsi olub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər