Samux rayon sakini, 1993-cü il təvəllüdlü Elpərəs Mustafayev Solmaz Verdiyevaya (ad və soyad şərti verilib) təcavüz edib.
Teleqraf.com xəbər verir ki, Elpərəs Mustafayev Binəqədi rayonu, 7-ci mikrorayonda ofisiant işlədiyi “Oğuzxan” kafesində inzibatçı işləyən Solmaz ilə cinsi əlaqədə olmaq niyyətinə düşüb.
Elpərəs 21 iyul 2014-cü ildə, saat 03 radələrində Bakı şəhəri Nəsimi rayonu, 4-cü mikrorayon, Ə.İsgəndərov küçəsinə gəlib və orada Solmazın kirayədə yaşadığı mənzilin qapısını döyüb. O, Solmazla söhbət etmək istədiyini bəhanə edərək onu mənzilə buraxmasını xahiş edib.
Solmaz isə Elpərəsi mənzilə buraxmayaraq onun getməsini tələb edib. Bundan sonra o, zorla içəri girmək istəyib. Amma Solmaz onu içəri buraxmayıb.
Daha sonra Elpərəs evin həyətində olduğu vaxt Solmazla cinsi əlaqədə olmaq istəyini reallaşdırmaq istəyib. O, bu məqsədlə evin həyətində asılan paltarları yerə atıb. Daha sonra Elpərəs telefon vasitəsilə Solmaza ismarıc yazaraq paltarların yerə töküldüyünü xəbər verib.
Solmaz paltarları yığmaq üçün qapını açaraq həyətə çıxmaq istəyib. Bu zaman Elpərəs onun qarşısı kəsib. O, Solmazı döyüb və saçından tutaraq yataq otağına sürüməyə başlayıb.
Bu zaman Solmaz qışqıraraq qonşuları köməyə çağırıb. Daha sonra Elpərəs əli ilə Solmazın ağzından tutaraq qişqırmasına mane olub. O, Solmazı sürüyə-sürüyə yataq otağına gətirib.
Daha sonra mənzilin qapısını içəridən bağlayan Elpərəs Solmazla cinsi əlaqədə olmaq istəyib. Amma Solmaz onun tələbinə razılıq verməyib.
Buna görə də Elpərəs Solmazın müqavimətini qıraraq onunla cinsi əlaqədə olmaq qərarına gəlib. Bu məqsədlə Elpərəs Solmazı yataq otağında döyərək, bədinin müxtəlif nahiyələrinə xəsarət yetirib.
Sonra o, Solmazın etirazına və müqavimətinə baxmayaraq, onunla cinsi əlaqədə olub. Səhər açılanda Solmaz Nəsimi Rayon Polis İdarəsinə yollanıb. Orada Elpərəs tərəfindən zorlandığını bildirib. Polis əməkdaşları tərəfindən Elpərəs Mustafayev həbs edilib.
Elpərəs Mustafayev Cinayət Məcəlləsinin 149.1-ci (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) və 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elpərəs Mustafayev 5 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Elpərəs Mustafayev apelyasiya şikayəti verib. O, günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Elpərəs Mustafayevin şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Rizvan Səfərovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Hakim kollegiyası Elpərəs Mustafayevin şikayətini əsassız hesab edib və onun apelyasiya şikayəti təmin edilməyib.
Hacı Zeynalov