Bakının Suraxanı rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Baş İdarənin Narkotiklərlə Mübarizə İdarəsinin Suraxanı Rayon Polis İdarəsi ilə birgə həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Əmircan qəsəbə sakini Məmməd Məmmədov həbs edilib.
Məmməd Məmmədovun həyətindən 2315 ədəd çətənə kolu, yaşadığı evdən isə 215 ədəd kibrit qutusunda qablaşdırılmış çəkisi yarım kiloqram olan marixuana və əlavə olaraq 2 kiloqram marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Hacı Zeynalov