Bu yaxınlarda Bərdənin Piyadalar kəndində avtomobilində naməlum şəraitdə yandırılan Salman Bayramov bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Teleqraf.com-un Qarabağ bölgəsi üzrə əməkdaşının verdiyi xəbərə görə, onu mayın 7-dən 8-ə keçən gecə Bərdədə yandıraraq öldürmək istəyiblər.
Belə ki, Piyadalar kəndinin sakini, 1992-ci il təvəllüdlü Bayramov Salman Tahir oğlu kəndin qəbiristanlığına yaxın sahədə tanımadığı insanlar tərəfindən döyülüb. S.Bayramov daha sonra öz avtomobilinə qoyulub, avtomobil benzin tökülərək yandırılıb. Kənddən bir nəfər atlı qəbiristanlığa çatanda sahədə avtomobilin yandığını görüb, inilti səsini eşidib. O, S.Bayramovu maşından çıxaraq təcili tibbi yardım maşınının köməkliyilə xəstəxanaya çatdırıb.
İlkin versiya odur ki, S. Bayramovun mal bazarında mal-qara satdığını və üzərində 3-4 min manat pul olduğunu bilən şəxslər qarət məqsədi ilə bu hadisəni törədiblər.
Faktla bağlı araşdırma davam edir.
Xalid Salmanbəyli