16 May 2016 10:51
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçay rayonunda silahlı insident baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Alıkənd kəndində qeydə alınıb.

Kənd sakini, 1966-cı il təvəllüdlü Raqif Məmmədov mübahisə zəminində 1986-cı il təvəllüdlü Nurlan Məmmədovu ov tüfəngi ilə güllələyib. Nurlan Məmmədov vaxtında xəstəxanaya aparıldığı üçün həyatını xilas etmək mümkün olub.

Məlumata görə, hadisə ot biçmək üstündə baş verib.

Belə ki, Raqif Məmmədov ot biçən maşını birinci öz tarlasına salmaq istəyib. Amma Nurlan buna imkan verməyib. Bu zaman onların arasında mübahisə yaranıb. Sonda mübahisə qanlı olayla nəticələnib.

Raqif Məmmədov polis əməkdaşları tərəfindən tutulub.

Faktla bağlı Göyçay rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər