Bakının Xəzər rayonunda cinayət hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Zirə qəsəbə sakini Şəfa Əkbərova ölümlə hədələnməsi ilə bağlı 1-ci polis bölməsinə müraciət edib.
Şəfa Əkbərova bildirib ki, mayın 13-də işlədiyi mağazada İsmixan adlı şəxsin tüfənglə onu öldürəcəyi ilə hədələyib.
Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini İsimxan Əliyev saxlanılıb.
Hadisədə istifadə etdiyi “Striker” markalı tir tüfəngi götürülüb.
Hacı Zeynalov