Bakının Nəsimi rayonunda restoranlardan birində dava olub.
Teleqraf.com xəbər verir ki, hadisə H.Əliyev küçəsi, 48 ünvanında yerləşən AS klub restoranında baş verib.
Həmin restoranda naməlum şəxs Şəmkir rayon sakini, 1981-ci il təvəllüdlü Fizuli Alıyevə qarşı xuliqanlıq edib. Həmin şəxs Fizuli Alıyevi döyərək ona xəsarət yetirib.
Fizuli Alıyev həmin restoranın işçisi olub. Bildirilir ki, Fizuli Alıyevi döyən şəxs həmin vaxt sərxoş olub. O, səs-küy salması zamanı dava baş verib. Nəticədə cinayət hadisəsi törədilib.
Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsi əməkdaşları tərəfindən cinayəti törədən Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Ramin Həsənov tutulub.
Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov