Masallı rayonunda yaşlı kişidən hədə-qorxu yolu ilə pul tələb edilib.
Teleqraf.com xəbər verir ki, Cəlilabad rayon sakini A.Şahbazova mayın 16-da Masallı rayon sakini 77 yaşlı Ə.Hüseynov barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib və ondan 1400 manat pul alıb.
Məlumata görə, 77 yaşlı kişi qadınla görüşüb. Bu zaman qadın yaşlı kişini videoya çəkib. Həmin video çəkilişi yaymaqla qadın 77 yaşlı kişini hədələyib.
Masallı rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Cəlilabad rayon sakini A.Şahbazova tutulub.
Hacı Zeynalov