Bakının Suraxanı rayonunda zəhərlənmə faktı qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Bülbülə qəsəbəsində qeydə alınıb.
Qəsəbədə yaşayan İlham Nəsibov, bacısı Lalə və əmisi oğlu Kənan Nəsibov evlərindən kimyəvi məhluldan zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov