Masallı rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Bədalan kəndində qeydə alınıb.
Kənd sakini, 1977-ci il təvəllüdlü Afiq Yusubov aralarında yaranmış mübahisə zəminində həmkəndlisi, 1971-ci il təvəllüdlü Əzim Əzimovu bıçaqlayıb. Xəsarət alan Əzim Əzimov hadisə yerində ölüb.
Afiq Yusubov cinayəti törədəndən sonra hadisə yerindən qaçıb.
Masallı rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törədən Afiq Yusubov tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov