Samux rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Sərkar kəndində qeydə alınıb.
Kənd sakini, 1991-ci il təvəllüdlü Müqəddim Musayev mübahisə zəminində həmkəndlisi, 1994-cü il təvəllüdlü Mövsüm Əliquliyev tərəfindən bıçaqlanıb.
Müqəddim Musayev aldığı xəsarətlə Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Əməliyyat edilən gəncin vəziyyəti orta-ağır olduğu bildirilir.
Samux rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törədən Müqəddim Əliquliyev saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov