25 May 2016 11:04
2 298
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda cinayət hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun 7-ci Əhmədli küçəsi, ev 10-da qeydə alınıb.

Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü A.Q. polisə şikayət edərək əcnəbi sevgilisi tərəfindən döyüldüyünü bildirib. O, qeyd edib ki, uzun müddətdir Əfqanistan vətəndaşı, 1990-cı il təvəllüdlü Nasrullah Mohsen Sadehgi ilə qeyri-rəsmi yaşayıb.

27 yaşlı qızın sözlərinə görə, son günlər əcnəbi sevgilisi ilə münasibətləri gərginləşib. Sonuncu dəfə sevgilisi ilə mübahisə edən qız döyülüb. O, xəstəxanada tibbi yardım alıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsində araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər