Bakının Nəsimi rayonunda silahlı insident törədən şəxs həbs edilib.
Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində carı il aprelin 12-də Hüseyn Qasımova avtomat silahdan atəş açıb na xəsarət yetirən qrupun digər üzvü - Bakı şəhər sakini Əlikubar Kularov tutulub.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə Ramil Hüseynlinin və Əlikubar Kularovun daha bir paytaxt sakininə qarşı xuliqanlıq etmələri də müəyyən edilib.
Qeyd edək ki, Binəqədi rayonunun Cavadxan küçəsində, şəxsiyyəti məlum olmayan 2 nəfər həmin ərazidə kirayədə yaşayan Bərdə rayon sakini Hüseyn Qasımova avtomat silahdan bir neçə dəfə atəş açıblar. Nəticədə daban nahiyəsindən güllə yarası alan H.Qasımova xəstəxanaya yerləşdirilib. O, tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşları tərəfindən hadisə yerindən 10 ədəd 7,62 çaplı giliz götürülüb.
Güllə yarası alan H.Qasımov əvvəllər Bərdə Rayon İcra Hakimiyyətində işləyib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ramil Fazil oğlu Hüseynli və Günel Rasim qızı Süleymanova saxlanılıblar. Polisdən bildirilib ki, saxlanılanlardan R.Hüseynli əvvəllər adam oğurluğu maddəsi ilə 12 il həbsxanada olub.
Bərdə rayon sakini Hüseyn Qasımov hüquq-mühafizə orqanlarının əməkdaşlarına bildirib ki, G.Süleymanovanın ona 35 min manat borcu olub, məhz bu səbəbdən də R.Hüseynliyə onu öldürməyi sifariş verib.
Hacı Zeynalov