20 İyun 2014 14:07
876
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda quldurluq cinayəti baş verib.

Nəsimi rayon Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Moskva prospektində qeydə alınıb.

İyunun 20-də, gecə saatlarında naməlum şəxs Ağcabədi rayon sakini Kənan Tağıyevi bıçaqla hədələyib köynəyini alıb.

Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Ağsu rayon sakini Şükran Rəhimov tutulub.

Hacı Zeynalov


Müəllif: