Şəkidə 2 otaqlı evdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, rayonun Cəyirli kəndində vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları, ev əşyaları və evə bitişik ümumi sahəsi 10 kv.m olan talvarın yanar konstruksiyaları yanıb.
Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.