Xaçmaz rayonunda kafedə əxlaqsızlıq yuvasının aşkar olunması ilə bağlı əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, əməliyyatı Xaçmaz rayon polis şöbəsinin əməkdaşları keçirib.
Əməliyyat tədbirləri ilə rayon sakini Validə Fərhadovanın Qadağlı kəndində icarəyə işlətdiyi kafedə gəlir əldə etmək məqsədi ilə əxlaqsızlıq yuvası saxlaması müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov