6 İyun 2016 17:22
948
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatala rayonunda narkotik vasitələrin əkib-yetişdirilməsində təqsirli bilinən Niyaməddin Layıcov, Tanzilə Layıcova, Ramin Heydərov, Telman Urkayev və Şaban Urkayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, 2 may 2015-ci ildə Zaqatala rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, çətənə kollarının Tanzilə Layıcova həbs edilib. Onun həyətyanı sahəsindən ümumi çəkisi 30 kiloqram 450 qram olan 330 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən götürülüb.

Müəyyən edilib ki, Tanzilə Layıcova qohumu, Balakən rayon sakini Niyaməddin Layıcov ilə birlikdə narkotik bitkiləri kultivasiya yolu ilə yetişdirib.

Istintaqı sonrakı araşdırmaları zamanı dəstənin digər üzvləri - Ramin Heydərov, Şaban Urkayev və onun oğlu Telman Urkayev müəyyən edilib. Dəstənin hər üç üzvü məsuliyyətə cəlb edilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 237.2.1 və 237.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə) maddələri ilə ittiham ediliblər.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Niyaməddin Layıcov 6 il, Tanzilə Layıcova 4 il, Ramin Heydərov 5 il, Telman Urkayev 5 ilvə Şaban Urkayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Məhkəmə həmçinin Şaban Urkatevin 800 manat cərimə olunması barədə də hökm elan edib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər