Bakının Sabunçu rayonunda hüquq-mühafizə orqanları tərəfindən xüsusi əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Sabunçu rayon Polis İdarəsi və Biləsuvar rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Anar Məcidov, Ağazakir Zəkiyev və qardaşı Ağakamal tutulublar.
Onların yaşadıqları Maştağa qəsəbəsindəki evlərinə baxış zamanı müvafiq sənədləri olmayan “Makarov” markalı tapança, “Vinçester” markalı ov tüfəngi, 1 ədəd patron darağı və 17 ədəd müxtəlif çaplı patron, habelə həyətyanı sahədə kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 940 kiloqram olan 1449 ədəd çətənə kolu da aşkar edilərək götürülüb.
Faktla əlaqədar cinayət işi başlanıb.
Hacı Zeynalov