4 Sentyabr 2014 09:53
1 406
12 Punto 14 Punto 16 Punto 18 Punto

O qədər çox artdı ki sayları...


Bəlkə də bu yazını oxuyacaqların arasında da nə qədər Xudbin Bəkir əfəndilər olacaq... Özünü oxuyacaq, amma özünə etiraf et-məkdən belə qaçmaq istəyəcək. Qaçmaq asan yoldur, amma düşünmək və dəyişmək o qədər asan deyil... Oxumağa və düşünməyə çağırıram...

Padşah Sultan Mahmud zamanında İstanbulda bir adam yaşa-yarmış. Amma bu adam elə xudbin, elə qısqanc, elə özünü düşünən birisiymiş ki, bununla məşhur olmuşdu. Xudbin Bəkir əfəndi demə -yincə, adamı tanıyan yox imiş. Yəni başa düşdüyünüz kimi, tam xroniki bir xudbinlik xəstəsi... Artıq bir xudbinlik örnəyi anla -dılacaqdısa, dərhal Bəkir əfəndi xatırlanır və “Xudbin Bəkir əfəndi kimi” deyilirmiş... Xudbin Bəkir əfəndinin məşhurluğu get-gedə padşaha qədər çatmışdı. Padşah maraqlanmış və adı xudbin çıxan adamı görmək istəmişdi. Bəkir əfəndiyə padşahın gəlməsi barədə xəbər verilmişdir. Təbii ki, sevinmiş və dərhal əlindən gələn bütün hazırlıqları görmüşdür. Padşah gəlmiş... Həm Bəkir əfəndinin tərbiyəsini, həm də hazırlıqlarını bəyənmişdir. Gözəl söhbətləri olmuş və qalxıb getmə zamanı yaxınlaşmışdır. Amma hey düşünürdü “nə üçün bu adama xudbin adını vermişlər? Halbuki nə qədər yaxşı bir adamdır!” ...Padşah onu sınamaq istəmiş və adəti üzrə demişdir: “Bəkir əfəndi! Sağ olasan, səni sevdim. İndi məndən nə istəyirsən istə... Köşkmü, pulmu, atmı, arabamı? Nə istəsən edəcəyəm. Lakin bir şərtim var. İstədiyin şeyi sənə mütləq verəcəyəm, amma bu yan tərəfində oturan qonşuna sənin istədiyinin iki qatını verəcəyəm”.

Bəkir əfəndi sevinc içində düşünmüş, fikirləşmiş və heç cür xudbinliyindən qurtula bilməmişdir. Qonşusunun daha böyük bir zərərə uğraması üçün özü də bir fəlakəti gözə alaraq demişdir:

“Padşahım, mənim bir gözümü çıxart!”

Beləliklə, qonşusunun iki gözünün çıxardılması üçün tək gözünü fəda etməyə razı olmuşdur.

Bir ətrafınıza baxın. Nə qədər Xudbir Bəkir əfəndilər var ətrafınızda?..


Müəllif: Qənirə Paşayeva