13 İyul 2016 11:13

Azərbaycan Dövlət “Yuğ” Teatrında “Medeya. Sekvensiya 001” tamaşasının premyerası olub.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Vladimir Klimenkonun “Medeya teatrı” pyesi əsasında səhnələşdirilən tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Mikayıl Mikayılov, quruluşçu rəssamı Umay Həsənovadır.

Apokrifik etiraf janrında hazırlanan tamaşada rolları teatrın aktyorları Əməkdar artistlər Sonaxanım Mikayılova və Gülzar Qurbanova ifa edib.

Səhnə əsəri Medeyanı oynamağa cəhd edən iki aktrisa arasında dialoq üzərində qurulub: biri - uşaqlarını öldürməmişdən öncə, o biri - öldürdükdən sonra.

Tamaşa aktyorun zamanla münasibətləri haqqında poetik pritçadır.


Müəllif:
Загрузка...