19 İyul 2016 16:00
226

Bu gün Dövlət Gənc Tamaşaçılar Teatrında ""Sima" mükafatı təqdim olunub.

Teleqraf.com xəbər verir ki,mərasimdə çıxış edən teatrın direktoru Mübariz Əhmədov bildirib ki, diplom və mükafatların verilməsi yaradıcı heyətin işini dəyərləndirmək, onlara stimul verməkdən ibarətdir.Direktor həmçinin builki nominasiyaların ötən ilkindən fərqləndiyini də deyib.

Qaliblərə gəlincə: "Ən yaxşı tamaşa" - "Qohumlar , "Mövsümün ən yaxşı xarakterik obraz ifaçısı" - Atabala Səfərov , "Mövsümün seçilən aktyoru" - Qurban İsmayılov, "Mövsümün ən məhsuldar aktyoru" - Şövqi Hüseynov, "Mövsümün ən məhsuldar aktrisası" -Zümrüd Quliyeva, "Mövsümün ən işgüzar əməkdaşı - Zəminə Elvin, "Mövsümün baletmeystri" -Vüsal Mehrəliyev.

Tədbirdə musiqili nömrələrinə, universitet tələbələrinin çıxışına da yer verilib.

Nərmin


Müəllif: