14 Aprel 2017 17:13
3 052
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan SSR Əməkdar incəsənət xadimi, Azərbaycanın xalq artisti, tanınmış teatr, kino və televiziya rejissoru Ramiz Həsənoğlunun 71 yaşı tamam olur.

Sənətkarı təbrik etmək üçün zəng etdik. Yazırıq ki, qısa, eyni zamanda tarixi dioloqumuzu siz də eşidəsiniz:

- Salamlar Ramiz müəllim, doğum gününüz münasibətilə...

- Çox sağ olun, çox sağ olun, təşəkkür edirəm!

- Vikipediya səhifənizdə doğum tarixiniz 13 aprel, şəxsi feysbuk profilinizdə isə 14 aprel qeyd edilib. Şair demiş, bu boyda çərxi-fələk ilən bircə günün söhbətinimi edirsiniz?

- (Gülür) Xeyr, vikipediyada yanlışlıq var. Əslində elə aprelin 14-ü anadan olmuşam. Bütün sənədlərimdə doğum tarixim aprelin 14-ü qeyd edilib.

- Ad günlərinizi kimlərlə qeyd etməyi sevərsiniz?

- Belə, yaxınlarlarla, doğmalarla. Ümumiyyətlə doğum günümü qeyd etməyi sevmirəm.

- Nədən?

- Çünki itirilmiş vaxt hesab edirəm.


- Təəssüf. Soruşacaqdım şair demiş, ömrün 71-dən həyat necə görünür-filan...

- Nə bilim vallah. Mənim üçün həyat bütün yaşlarda maraqlıdır. Ona görə də fərq görmürəm.

Elə bu dəm xanım əməkdaşlarımızdan biri telefonu alıb Ramiz müəllimə qəfil sual etdi:

- Ramiz bəy, şərabla münasibətləriniz nə yerdədir?

- Hazırda sükan arxasındayam, yəni içkili deyiləm. Ümumiyyətlə ara-sıra içərəm, çox yox.

- Mənim bir şərab hədiyyəm var sizə, mənimlə axıracan içməyə söz versəniz gətirərəm.

- (Gülür) Yox, içmirəm xanım. Təşəkkür edirəm. Çox sağ olun...

Sonuncu cavabdan sənətkarın ötəri qocaldığını zənn etmək olar. Olsun. Əsas odur Ramiz müəllim sözün böyük mənasında qocala bilmiş, qocalmağı bacarmış adamdır. Bir daha doğum günü münasibəti ilə sənətkarı Teleqraf.com ailəsi adından təbrik edir, sağlam, parlaq və günəşli günlər diləyirik.


Qeyd edək ki, Ramiz Həsənoğlu 1993-cü ildən bu günə kimi Azərbaycan televiziyasında "Sabah" eksperimental yaradıcılıq emalatxanasına rəhbərlik edir. O, "Sübhün səfiri", "Cavid ömrü", "Ailə" tammetrajlı bədii filmlərinin, "Ötən ilin son gecəsi", "Evləri köndələn yar", "Qatarda", "Ac həriflər", "Yaşıl eynəkli adam" və onlarla digər bədii televiziya filmlərinin rejissoru, müəllifidir.


Müəllif: