25 Aprel 2017 00:39
1 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

"15-20 günə ayağa qalxa biləcəm”

Tanınmış ədəbiyyatşünas, tənqidçi Vaqif Yusifli xəstəxanadan evə buraxılıb.

Bunları Teleqraf.com-a tanınmış ədəbiyyatşünas, tənqidçi Vaqif Yusifli deyib. O bildirib ki, artıq evə buraxılıb, müalicəsini ambulator şəraitdə davam etdirəcək.

“Çanaq sümüyümü sındırmışdım, necə ola bilərəm? Amma yavaş-yavaş dirçəlirəm, şükür Allaha. Aprelin 17-də xəstəxanadan çıxdım, evdə müalicə alıram. Həkimlər deyirlər, 15-20 günə ayağa qalxa biləcəm”.

Qeyd edək ki, bir müddət əvvəl şəhərdəki marketlərin birində təmizlik aparan işçinin səhlənkarlığı üzündən yıxılaraq xəsarət alan Vaqif Yusifli çanaq sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilərək əməliyyat olunmuşdu.

Nərmin


Müəllif: