10 May 2017 03:00
1 298
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Kiyevdə keçirilən Avroviziya-2017 mahnı müsabiqəsinin finalına vəsiqə qazanıb.

Teleqraf.com xəbər verir ki, Avroviziya 2017-nin ilk yarımfinalında 18 ölkə iştirak edib.

10 ölkə - Azərbaycan, Moldova, Yunanıstan, İsveç, Portuqaliya, Polşa, Ermənistan, Ukrayna, Avstraliya, Belçika finala vəsiqə qazanıblar .

Gürcüstan, Albaniya, Monteneqro, Latviya, Finlandiya, Çexiya, Latviya, Sloveniya və s. təmsilçiləri finala keçə bilməyib.

Təmsilçimiz Diana Hacıyeva müsabiqədən sonra mətbuat konfransında ona dəstək olanlara təşəkkür edib.

23.26

Ukraynanın paytaxtı Kiyevdə Avroviziya-2017 mahnı müsabiqəsinin ilk yarımfinalı başladı.

Teleqraf.com xəbər verir ki, Azərbaycanı Avroviziya 2017-də təmsil edən Diana Hacıyeva ilk yarımfinalda 8-ci sırada səhnəyə çıxıb. Diana ölkəmizi "Skeletons" mahnısı ilə təmsil edir və səhnəyə beş rəqqasla çıxıb. Dihaj” təxəllüsü ilə çıxış edən D. Hacıyevanın mahnısının müəllifləri bəstəkar prodüser İsa Məlikov və Sandra Byormandır.

İlk yarımfinalda Azərbaycanla yanaşı İsveç, Gürcüstan, Albaniya, Avstraliya, Belçika, Çernoqoriya, Finlandiya, Azərbaycan, Portuqaliya, Yunanıstan, Polşa, Moldova, İslandiya, Çexiya, Kipr, Ermənistan, Sloveniya təmsilçiləri çıxış edəcək.

Qeyd edək ki, Müsabiqənin ikinci yarımfinalı mayın 11-də baş tutacaq.

Rəqsanə


Müəllif: