14 İyul 12:13

“Miss və Mister Qafqaz – Azərbaycan 2017” gözəllik müsabiqəsinin qalibi olan, “Mister Qafqaz- 2017”müsabiqəsində seçilən Xaliq Məhəmmədzadədən yeni xəbərlər var.

Danışma və eşitmə qüsurlu Xaliqin Teleqraf.com-a yazılı şəkildə göndərdiyi məlumata görə, o, hazırda “Men of The World” yarışında iştirak edir:

“Bu yarışmada da birinci olsam, Azərbaycanı xarici ölkədə təmsil edəcəyəm. Onu deyim ki, birinci olma ehtimalım böyükdür. Lakin yenə də nəticələri gözləyirik”.

Xatırladaq ki, Azərbaycanı təmsil etmək üçün bu ilin noyabr ayında Tayvana gedəcəyini açıqlayan Xaliq vaxtilə Lider TV-də keçirilən “Model akademiyası” proqramının da seçilən iştirakçılarından olub.

Qeyd edək ki, o bu yaxınlarda Günay İbrahimlinin klipində də model kimi baş rolda görünüb.


Müəllif: Könül Əlibəyli