7 Sentyabr 14:58
224

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Könül Nağıyeva yeni seriala çəkilir.

Teleqraf.com xəbər verir ki, Könülün ekran işində tərəf müqabili Star TV-də yayımlanan “Qara sevda” serialındakı Əmir Kozcuoğlu obrazı ilə tanınan Kaan Urqancıoğlu olacaq.

Aktyorlara təklif ingilis rejissor Piter Uebberdən gəlib. Uebber bir neçə gün əvvəl İstanbula gəlib və aktyorlarla tanış olub.
Rejissor əyləncəli keçən görüşdən fotoları sosial şəbəkədə paylaşıb. Onların yanında Gizəm Oğuz da yer alıb.


Müəllif: Könül