11 Sentyabr 11:57

Türkiyəli müğənni Mustafa Cecəli növbəti dəfə Bakıya gəlib.

Teleqraf.com xəbər verir ki, sənətçi ötən gün Bakıdakı otellərdən birində nişan mərasiminə qatılıb.

Məclisdə Murad Arif, Miri Yusif, Ayaz Qasımov da iştirak ediblər.

Cecəlinin görüntüləri sosial şəbəkədə paylaşılıb. O, paytaxtımıza qardaşı Sinan Cecəlini də gətirib.

Nişan mərasimi olan şəxs Fərhad adlı azərbaycanlı biznesmenin oğludur. Cütlüyün nişan və toydakı görüntüləri Cecəlinin yeni klipində yer alacaq. Ailə bu layihəni həyata keçirmək üçün müğənniyə qonorar da ödəyəcək. Mahnını isə azərbaycanlı bəstəkar Kəmalə Qasımova ərsəyə gətirəcək.

Xatırladaq ki, müğənni ötən ay da Azərbaycanda olub. O, Şəmkirin Şiştəpə kəndində keçirilən dəbdəbəli toy mərasimində çıxış edib və bunun müqabilində 62 min manat qonorar alıb.


Müəllif: Könül