10 May 2014 14:23
1 821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Elnarə Xəlilova “Facebook” haqqında mahnı oxuyub.

İfaçı Teleqraf.com-a açıqlamasında sosial şəbəkələr haqqında mahnı oxumaq ideyasının çoxdan olduğunu deyib:

“Əslində, belə bir fikrim çoxdan vardı. Amma bu ideyamı beynimdə belə demək mümkünsə, dondurmuşdum. Görünür, qismət indiyə imiş”.

“Like elə” adlı mahnının sözləri və musiqisi Zülfi Bədəlova aiddir.

Elnarə Xəliova deyib ki, sosial şəbəkələrlə bağlı mövzular aktual olduğundan yeni mahnısına klip çəkdirməyi də düşünür.

Bir sıra hitlərin ifaçısı olan E.Xəlilovanın “Like elə” mahnısı da güman ki, bu yayın ən sevilən treklərindən olacaq.

Yeni mahnını oxucularımıza təqdim edirik.

Aytən Həsənova


Müəllif: