11 Fevral 2015 14:32
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İndiyə kimi başa düşə bilmirəm ki, niyə opera solistləri 250, balet solistləri 700 manat maaş alır. Bu formada fərqlilik mənə müəmmmalı gəlir”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Opera və Balet Teatrının aparıcı solisti, əməkdar artist Samir Cəfərov deyib. Onun sözlərinə görə, tenorların bu gün Azərbaycanda özlərini reallaşdırması çox çətindir.

Məvaciblərin də az olması buna təsir edən amillərdəndir: “Müasir Azərbaycan gerçəkliyində Milli Konservatoriya, Musiqi Kolleci, Musiqi Akademiyası toylar üçün kadrlar yetişdirir. Kimsə nəsə bacarırsa pul qazanmaq xatirinə toylara qaçır. Bu faktdır. Ona görə bizdə dünyavi musiqiyə qarşı cılızlaşma prosesi gedir. Hər ay bir oynaq mahnı ortaya çıxır və onun ətrafında müzakirələr başlayır. Diqqətlə baxanda görürsən ki, bizim mahnı deyil, hamısı oğurluq mahnılardır. Biri tacik, biri şərqi türk, bəziləri iran-fars ritmləri olan mahnılardır. Bu da bir azərbaycanlı, bir peşəkar musiqiçi kimi məni çox narahat edir. Toy, restoran üçün bu musiqilər keçərlidir. Çünki 100, 200 qram içən adam oxunan musiqidən nə başa düşəcək? Problem odur ki, bizim musiqimiz itir. İtməməsi üçün çox festivallar, müsabiqələr keçirilir, amma nəticə də ürəkaçan deyil”.

Nərmin


Müəllif: