23 İyul 2015 16:15
991
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ramil Əhmədov: “ Alim Qasımovu uçan xalçanın üzərində təsvir etmişdim”

İstedadlı və gənc rəssam Əhmədov Ramil Ramiz oğlu 1981-ci ilin fevral ayının 6-da Naxçıvan Muxtar Respublikanın Şərur şəhərində anadan olub. Orta təhsillidir. Onun əsərləri diqqətimizi çəkdi və onunla söhbətləşməyi qərara aldıq. Onu da əlavə edək ki, Avropa Oyunlarının açılış mərasimində görkəmli sənətkarımız Alim Qasımovla Fərqanə Qasımovanın uçan xalçanın üzərində ifa etməsi səhnəsinin müəllifi məhz Ramil Əhmədovdur.

- Uşaqlığından ən böyük marağım rəsm çəkmək olub, sonralar bu maraq əyləncəyə çevrilib. Əvvəllər kağız üzərində şəkillər çəkirdim, sonralar yağlı boya ilə çəkməyə başladım. Rəssamlıq yolunda addımlarkən televiziyada göstərilən rəssamlıq proqramlarından və bu incəsənət növü ilə bağlı kitablardan yararlanırdım.

- Hansı janrlara üstünlük verirsiniz?

- Mənzərə, portret, natürmort və tematik-çoxfiqurlu janrlarda şəkillər çəkməyə meylim var.

- İndiyə qədər nə qədər əsər yaratmısınız?

- İndiyədək 300-dən çox əsər yaratmışam.

- Əsərləriniz sərgilənirmi?

- Əsərlərim ilk dəfə olaraq “Əcəmi Seyrangahında” Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Novruz Bayramına həsr olunmuş "Yurdumuza novruz gəlir" devizi altında keçirilən rəsm müsabiqəsində digər rəssamların əsərləri ilə birlikdə sərgilənib və birinci yer tutub. Həmin müsabiqədə mən 9 əsərimlə iştirak etdim. Həmin ildə Naxçıvan şəhərində yerləşən Ticarət Mərkəzində ilk fərdi sərgim keçirilib. Bu sərgidə mənim 60 əsərim sərgilənib və ictimaiyyətin müzakirəsinə səbəb olub. Bundan sonra Naxcıvanda, Bakida, Qəbələdə bir necə dəfə fərdi sərgilərim kecirildi və bir cox musabiqələrdə də iştırak ettim, birinci yerlərə layiq görulərək diplomlarla təltif olundum. 2011-ci ildə Rəssamlar ittifaqının üzvü oldum. Əsərlərim dəfələrlə Azərbaycan televiziya kanallarında nümayiş etdirilib, mənimlə əlaqədar televiziya proqramları hazırlanıb və mətbuatda haqqımda müxtəlif yazılar dərc edilib. Axırıncı fərdi sərgim də Bakıda rəssamlar ittifaqında təşkil olundu.

- Səs gətirən, marağa səbəb olan əsərləriniz varmı?

- Mədəniyyət və Turizim Nazirliyin və Rəssamlar İttifaqlnın Dəstəyilə çəkdiyim axırıncı əsər haqqında danışmaq istəyirəm. Dəyərli sənətkarımız Alim Qasımov və Fərqanə xanımı uçan xalçanın üzərində təsvir etmişdim. Bu əsərimi möhtəşəm tədbirdə - Birinci Avropa Oyunlarının açılış mərasimində böyuk ustadımız Alim Qasimovun canlandırması məni çox sevindirdi...

- Daha çox kimi örnək götürüsünüz?

- Konkret olaraq heç bir rəssamı örnək götürməmişəm. Amma bütün uğur qazanmış rəssamların gözəl əl işlərini örnək götürürəm.

- Azərbaycanda bu sahənin durumunu necə dəyərləndirmək olar?

- Sadəcə bunu deyə bilərəm ki, Azərbaycanda bir az çətindi…

BƏXTİYAR


Müəllif: