29 İyul 2015 10:32

ABŞ-ın Florida ştatında xəzinə ovçuları ailəsi 300 il əvvəl batmış gəmidə qiyməti 1 milyon dollardan çox olan ispan qızılı tapıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə batmış gəminin 2010-cu ildə bütün hüquqlarını alan Queens Jewels LLC şirkətinin rəhbəri Brent Brisben məlumat yayıb. Erik Şmitt, arvadı, bacısı və valideynləri ilə birgə apardığı axtarışlar zamanı 51 qızıl sikkə və 12 metrlik qızıl zəncir tapıblar. Nəşrin məlumatına görə, 300 il əvvəl Florida sahillərində Havanadan İspaniyaya gedən 11 gəmi fırtınaya düşərək batıb. Hadisə zamanı mindən çox insan suda boğularaq ölüb, 400 milyon dollarlıq xəzinə isə okeanın dibinə düşüb.

Dənizin dibindən 1 milyon dollarlıq sərvət tapdılar

The Local nəşri qeyd edir ki, bu Şmitt və ailəsinin artıq 3-cü tapıntısıdır. ABŞ qanunlarına əsasən, tapılan xəzinənin 20 faizi yerli muzeyə veriləcək, qalan 80 faiz isə Brisbenin şirkəti və Şmitt ailəsi arasında bölünəcək.

Rüstəm


Müəllif:
Загрузка...