3 İyun 2014 15:24
1 016
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçay şəhərində küçələrdən birinə şair, publisist İbrahim Göyçaylının adı verilib. Keçmiş Əliheydər Qarayev adına olan küçə bu gündən etibarən şairin adını daşıyacaq.

Bu barədə məlumat verən şairin qızı Sevinc Əsgərovanın bildirdiyinə görə, ailəsinin ardıcıl olaraq etdiyi müraciətlərə Göyçay Rayon İcra Hakimiyyətində müsbət yanaşmışlar.

Qeyd edək ki, İbrahim Məhəmməd oğlu Əsgərov 1936-cı il noyabrın 12-də Göyçayda anadan olub. Təhsilini Göyçay şəhəri 4№-li məktəbdə alıb.

1958-ci ildə ADU-nin filalogiya fakultəsini bitirib. Əmək fəaliyyətinə “Avtomobil nəqliyyatçısı” qəzetində müxbir kimi işə başlayıb, “Xəzər kommunisti” redaksiyasinda ədəbi işçi, Azərnəşrdə redaktor, “Mədəni Ticarət” və ya “Zakulturnaya Torqovlya” qəzetində baş redaktor işləyib.1970-ci ildə Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhmdar Cəmiyyətində şöbə müdiri və baş redaktor müavini vəzifəsində çalışıbdır. 1964-cü ildən SSRİ Jurnalistlər İtifaqqının və Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. İbrahim Göyçaylı “Dalğalar qoynunda”, “ Yadigar sözlər”, “Gözlərinin işığında”, “Qərənfil işığı”, “Qoymayın qızları kədərlənməyə”, “Uzaq haraylara isinmir ürək”, “Ümiddən uzun gecə”, “Vaxt soruşsa”, “Lirika”, “Ulduzlar nədən danışır”, “Yaşadığım bu dünya”, “Fikrimin sabahı”, “Ömrümüz su kimi” kitablarının müəllifidir. Şairin Rusiyada, Gürcüstanda, İranda kitabları çap olunub. Onun şeirlərinə yüzdən yuxarı mahni bəsdələnib.

Dünya xalqları ədəbiyyatından etdiyi tərcümələr bu gün də radio dalğalarında səsləndirilir. O ömrü boyu azərbaycan ədəbiyyatının təbliğatçısı olub. Əməkdar Mədəniyyət işçisi İbrahim Göyçaylı 2007-ci il fevralın 24-də dünyasını dəyişib və Göyçayda torpağa tapşırılıb.

Rövşən


Müəllif: