6 İyun 2014 12:06
1 551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kaman ifaçısı Habil Əliyevin vəziyyəti pisləşib.

Xalq artistinin həyat yoldaşı Şərqiyyə Əliyeva Teleqraf.com-a açıqlamasında bildirib ki, bir neçə gün öncə vəziyyəti ağırlaşan Habil Əliyev Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.

Sənətkarın xanımı bildirib ki, artıq bir aya yaxındır ki, xalq artistinin ağciyərində və tənəffüs borusunda ciddi problem yaranıbmış:

“Bir ay əvvəl Habilin qardaşı rəhmətə getdi. O, da yas məcilisində olanda “skvoznyaka” düşdü. Snra da halı pisləşdi. Az qalsın bir ay idi ki, onun vəziyyəti pis idi. Son günlər idə nəfəs almaqda çətinlik çəkidi.

Təcili xəstəxanaya apardıq. Sağ olsun, səhiyyə naziri, onun göstərişi ilə, həkimlər əllərindən gələn köməkliyi göstərdilər. Habil bir gün reanimasiyada qaldı, ona süni nəfəs verilirdi. Çünki nəfəs ala bilmirdi. Növbəti iki gün isə palataya köçürüldü. Dünən gecədən müalicəsini evdə davam etdirik”.

Ş.Əliyeva deyib ki, xalq artsitinin səhhəti elə də ürəkaçan deyil:

“Həkimlər müsbət heç nə vəd etmirlər. Müalicə edirlər. Allaha pənah, görək necə olacaq. Təbii ki, müalicədən sonra azacıq irəliləyiş var. Amma xəstəxanaya çox ağır vəziyyətdə aparmışdıq. İndi yemək yeyir, danışır, amma ki, yenə də əvvəlki kimi özünü yaxşı hiss etmir”.

Qeyd edək ki, Habil Əliyev 1927-ci il mayın 28-də anadan olub.

Aytən Həsənova


Müəllif: