6 Aprel 2016 21:46
371

Səyyad Əlizadə vətənpərvərlik ruhunda klip çəkdirib.

“Azərbaycan əsgərləri” adlı klip “Region TV” tərəfindən Müdafiə Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib.

Klipin yaradıcı heyətinin iştirakı ilə baş tutan təqdimat mərasimində vətənpərvərlik mövzusunda hazırlanmış layihələrin vacibliyindən danışılıb. Hazırkı dönəmdə Azərbaycan hərbçilərinin və vətəndaşların milli ruha köklənməsinin əhəmiyyəti vurğulanıb.

Məlumat üçün bildirək ki, bəstəsi və ifası müğənni Səyyad Əlizadəyə məxsus musiqinin sözləri şair Vaqif Bəhmənlinin, aranjimanı Birhan Birərindir.

Klipin operatoru Elmar Hacıyev, montajçısı Fuad Əliyev, prodüseri Vəli Turandır. 2015-ci ilin noyabrından start verilən çəkilişlər Azərbaycanın cəbhə bölgəsində və digər hərbi hissələrdə aparılıb.

Yeni klipi oxuculara təqdim edirik:


Müəllif: