1 İyun 2016 01:50

Bu gün Akademik Milli Dram Teatrında "Ölülər" tamaşasının premyerası keçirilib.

Teleqraf.com xəbər verir ki, premyerada mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, pianoçu Fərhad Bədəlbəyli, rejissor Ağakişi Kazımov və digər incəsənət xadimləri iştirak edib.

Cəlil Məmmədquluzadənin eyniadlı əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Azər Paşa Nemət, rejissorları Anar Sadıqov, Əlif Cahangirlidir.

Yeni tamaşa əsərin Hüseyn Ərəblinski tərəfindən 1916 cı ildə verilmiş səhnə quruluşunun 100, Tofiq Kazımovun 1966 cı ildə vermiş olduğu quruluşun 50 və baş rolun ifaçısı Nurəddin Mehdixanlının 60 illiyinə həsr olunub.

Tamaşada digər rolları Laləzar Mustafayeva,Rafiq Əzimov, Sabir Məmmədov, Anar Heybətov,Kazım Abdullayev və başqaları ifa edib. Anşlaqla baş tutan tamaşada dahi bəstəkar Qara Qarayevin 50 il əvvəlki tamaşa üçün bəstələdiyi musiqidən istifadə olunub.

Nərmin


Müəllif:
Загрузка...