1 İyul 2015 08:18
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-2015 birinci Avropa oyunları təkcə böyük idman hadisəsi deyil, həmçinin ölkəmizin tanınımı, eləcə də turizm sektorunun inkişafı baxımından xüsusi önəm kəsb edir. Bu sahənin ekspertləri də bu mötəbər tədbirin gələcək illərdə turizmin inkişafına töhfəsinin daha böyük olacağını bildirirlər.

Mədəniyyət və Turizm Nazirliyinin son günlərdə apardığı monitorinqlər də göstərir ki, ölkəyə gələn turistlərin sayında ciddi artım müşahidə edilib.

Nazirlikdən Teleqraf.com-a bildirilib ki, Azərbaycan nadir təbii, mədəni, milli, etnoqrafik obyektlər kompleksinə malikdir. Əlverişli coğrafi mövqeyi, doqquz iqlim qurşağı, flora və faunasının müxtəlifliyi və zənginliyi, dəniz sahilində yerləşməsi, mədəni-tarixi irsi, ləziz mətbəxi, yüksək qonaqpərvərlik ənənələri ölkəmizdə turizmin inkişafı üçün böyük imkanlar yaradıb. Elə ilk Avropa oyunlarında Bakıya gələn əcnəbi qonaqların diqqətini çəkən də bu amillər olub.

Birinci Avropa Oyunları həm də çimərlik mövsümünə təsadüf etdiyindən dənizə üz tutan əcnəbilərin sayı yetərincə olub. Dənizdə dincəlməyi sevən əcnəbi qonaqlar insanların təhlükəsiz istirahəti üçün yaradılan xidmətdən razı qalıblar.

Növbəti illərdə Bakı İslam Həmrəylik Oyunları, Avropa futbol çempionatının oyunlarına ev sahibliyi edəcək. Artıq formalaşdırılmış infrastruktur imkan verəcək ki, Azərbaycan bu yarışları da yüksək səviyyədə keçirsin. Yenidən həm turistlərin ölkəyə gəlməsi, həm də bütövlükdə xidmət sektoru daxil olmaqla, iqtisadiyyatın müxtəlif sahələri bu tədbirlərdən faydalanacaq.


Müəllif: