23 İyun 2014 12:45
555

İraq Hərbi komandanlığının yaydığı məlumata görə, strateji cəhətdən önəmli olan Telafer şəhərində yerləşən hərbi aerodrom sünni silahlıları tərəfindən ələ keçirilib. Telafer İraqın Suriya ilə sərhəddindən 60 km aralıda yerləşir.

Hökumət bəyan edib ki, hərbi hava limanının əldən getməsi ölkə rəhbərliyinə vurulan ağır zərbədir.
Strateji əhəmiyyətli məntəqədən Mosul şəhərinin qaytarılması üçün istifadə edilməsi planlaşdırılırdı.

Verilən məlumata görə, ötən həftənin son iki günü ərzində İraqın İordaniya ilə sərhəddən 150 km aralıda yerləşən Rutba şəhəri və iki sərhədd keçid məntəqəsi də İŞİD silahlıları tərəfindən ələ keçirilib.


Müəllif: