1 İyul 2016 19:31

Tacikistanda qohumlar arasında nikah müqaviləsinin bağlanması bu gündən qadağan olunub. Teleqraf.com xəbər verir ki, Parlamentin Nümayəndələr Palatası tərəfindən hazırlanan qanunun layihəsi bu gün qüvvəyə minib.

Qanuna görə, evlənən gənclər toydan qabaq sağlamlıq haqda arayış almalıdırlar. Səhiyyə naziri Nusrat Səlimzadə bildirib ki, ötən il Tacikistanda 25 min nəfər şikəst uşaq doğulub ki, bunun da üçdə biri qohum nikahlardan olan uşaqlardır.

Ayxan


Müəllif:
Загрузка...