23 İyun 2014 20:09

Suriya ordusu hava hücumu nəticəsində böyük itki verdi

Bu gün Suriya ordusunun qərargah olaraq istifadə etdiyi Köhnə Hələb bölgəsindəki binalara təşkil edilən hava hücumunda Bəşər Əsədi müdafiə edən hərbi birləşmələrin ağır itki verdiyi bildirilib.

Teleqraf.com-un TRThaber-ə istinadən verdiyi məlumata görə, “İslami Cəbhə”yə bağlı Tövhid briqadası hökumət qüvvələrinin mövqelərinə uzaqvuran hava topları vasitəsilə hücum edib.

Tövhid briqadasının sözçüsü Saleh Anadani bununla bağlı qeyd edib ki, hazırda Bəşər Əsədə bağlı qüvvələrlə müxalif birləşmələr arasında şiddətli döyüşlər gedir. O, vurğulayıb ki, şəhərin cənubunda mövqe tutan "İslami Cəbhə” Əsəd qoşunlarını sıxışdıraraq, irəliləməyə müvəffəq olub.

Nail Cəlil


Müəllif: