8 İyul 2016 12:54
483
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağıstan polisi Qarabudaq rayonunun Paraul meşəsində anti-terror əməliyyatı həyata keçirib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı regionun daxili işlər idarəsinin rəis müavini Rəsul Temirbekov məlumat verib.

Onun sözlərinə görə, əməliyyat zamanı 10 silahlı öldürülüb, 2-si saxlanılıb: "Öldürülənlər arasında "Mahaçqala" terrorçu qrupunun rəhbəri, 1986-cı il təvəllüdlü Hüseyn Taqirov da olub. Terrorçularla təhlükəsizlik işçiləri arasında baş verən silahlı insident zamanı 1 polis həyatını itirib, 3-ü yaralanıb".

Samir


Müəllif: