9 İyul 2016 10:13

ABŞ prezidenti Barak Obama Avropa səfərini bir gün tez başa vuracaq.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Ağ evin mətbuat katibi Coşua Ernest məlumat verib.

Ağ ev təmsilçisinin sözlərinə görə, Barak Obama gələn həftənin əvvəli məlum hadisə baş verən şəhərə gedəcək. Barak Obama Dallasın meri Maykl Roulinqs tərəfindən şəhərə dəvət edildiyindən bazar günü, iyulun 10-da axşam Avropa səfərini başa vuraraq, ora yola düşəcək.

İyulun 8-də ölkənin Texas ştatının Dallas şəhərində 5 polisin ölümü ilə nəticələnən kütləvi atışma baş verib. İki nəfər Dallasda polis zorakılığına qarşı keçirilən nümayişlər zamanı asayişi qoruyan polis əməkdaşlarına atəş açıb. Hadisə nəticəsində iki mülki vətəndaş, 7 polis əməkdaşı da yaralanıb.


Müəllif:
Загрузка...