9 İyul 2016 22:23
1 054

Xəbər verdiyimiz kimi, içərisində rusiyalı pilotların olduğu Suriyanın Mi-25 vertolyotu İŞİD tərəfindən vurulub. Bu olayın yeni təfərrüatı məlum olub.

Teleqraf.com-un "İnterfaks"a istinadən xəbərinə görə, Mi-25 Suriyanın Palmira şəhəri yaxınlığında Amerikanın TOW tank əleyhinə raket komleksi ilə vurulub. Bu barədə "İnterfaks"a Rusiya hərbi mənbələrindən bildiriblər.

"Əldə olan məlumatlara görə, terrorçular Amerikanın TOW silahından istifadə edib. Vertolyot silah-sursatı çatdırdıqdan geriyə uçurmuş. Vurulan zaman vertolyot o qədər də hündürdən uçmayıb", - mənbə deyib.

Nihad


Müəllif: