12 İyul 2016 19:10
203

İtaliyanın cənubundakı Puqlia bölgəsində qarşı-qarşıya gələn iki qatarın toqquşması nəticəsində 20 nəfər ölüb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, baş nazir Matteo Renzi qəza ilə bağlı açıqlama verib. Faciədən sarsıldığını ifadə edən baş nazir səbəblərin araşdırıldığını, nəticəyə uyğun addım atılacağını bildirib.

Ruslan


Müəllif: