22 Aprel 2014 12:56

İraqın paytaxtı Bağdadda 5 partlayış törədilib.

Teleqraf.com-un məlumatına görə, ən güclü partlayış polis məntəqəsində kamikadzenin partlayıcı qurğunu işə salması nəticəsində baş verib.

Terror aktları ABŞ qoşunları ölkəni tərk edəndən sonra İraqda keçiriləcək ilk parlament seçkiləri ərəfəsində törədilib.

İraqın qanunvericiliyinə əsasən ölkənin dövlət başçısı və baş naziri parlament tərəfindən seçilir.

Xatırladaq ki, son aylar İraqda zorakılıq dalğası 2008-ci ilin səviyyəsinə çatıb.

Ülviyyə


Müəllif: