20 İyul 2016 11:59

Naməlum silahlılar artıq 4-cü gündür ki Ermənistanın paytaxtı İrəvanda polis alayının binasını zəbt ediblər.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, silahlılarla aparılan danışıqlar heç bir fayda vermir. Onlar girovları azad etmək fikirlərinin olmadıqlarını bildiriblər.

Məlumatlara görə, hazırda silahlılar 4 polis əməkdaşını girov saxlayırlar.

Bu arada, dünən gecə saatlarında etirazçılar silahlı şəxslərin ələ keçirdiyi polis şöbəsinin qarşısında barrikadalar qurublar. Bu zaman polislə etirazçılar arasında toqquşmalar baş verib. Saxlanılanların olduğu açıqlanıb.

Bundan başqa, İrəvana Rusiya Sİlahlı Qüvvələrinin xüsusi təyinatlı "Alfa" qrupunun gətirilmə xəbəri yayılıb. Ancaq xəbər təsdiqini tapmayıb.

Qeyd edək ki, İrəvanda naməlum şəxslər polis şöbəsinə hücum edərək, bir neçə nəfəri girov götürüblər. Onlar radikal müxalif Müəssislər Məclisi təşkilatının rəhbəri Jirayr Səfilyanın həbsdən azad edilməsini tələb edirlər.

Samir


Müəllif: