22 İyul 2016 15:38
873

Ermənistanda prezident Serj Sərkisyanın rəhbərliyi ilə hüquq-mühafizə orqanlarının rəhbərlərinin müşavirəsi keçirilib.

Teleqraf.com "Ria Novosti" agentliyinə istinadən xəbər verir ki, bununla bağlı Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Müşavirədə silahlı şəxslərin İrəvanda polis alayını ələ keçirməsi müzakirə olunub. Ermənistan prezidenti silahlı şəxslərə dərhal təslim olmaq haqda çağırış edib. Sərkisyan bildirib ki, məsələ Ermənistan Konstitusiyası və qanunları çərçivəsində həll ediləcək.

Onun sözlərinə görə, Ermənistanda bir çox insanlar öz yaşayışlarından məmnun deyil: "Ancaq heç kəs düşünməsin ki, hansısa səbəbi əsas götürüb dövlətçiliyimizə xələ gətirə bilər. Biz səbrlə hərəkət edəcəyik. Hər bir vətəndaşımızın həyat və sağlamlığı bizim üçün əzizdir".

Qeyd edək ki, İrəvanda naməlum şəxslər polis şöbəsinə hücum edərək, bir neçə nəfəri girov götürüblər. Onlar radikal müxalif Müəssislər Məclisi təşkilatının rəhbəri Jirayr Səfilyanın həbsdən azad edilməsini tələb edirlər.

Hadisədən sonra İrəvanda yüzlərlə insan silahlı şəxslərə dəstək məqsədilə aksiya keçirib. Polislə etirazçılar arasında toqquşmalar baş verib. Hadisələr zamanı 50 nəfər yaralanıb, 140 nəfər saxlanılıb.

Samir


Müəllif: