29 İyul 2016 22:52

Fransa Rusiya ilə Suriya hökumətinin mühasirədə olan Hələb şəhərində hümanitar dəhliz yaratmaqla bağlı təkliflərini səmərəsiz adlandırıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, təklifə görə, ərzaq və dəva-dərmandan məhrum olan şəhər sakinlərinə evlərini tərk etmədən yardım göstərilməlidir.

Rusiya ilə Suriya hökuməti dinc sakinlərin şəhəri tərk etməsi üçün iyulun 28-də hümanitar dəhlizlər açıqldığını bəyan ediblər.

Hazırda şəhərdə 200 mindən çox əhali var.

Bu şəhər üsyançılar və hökumət qüvvələrindən ibarət iki hissəyə bölünüb.

5 ildən çoxdur ki, davam edən Suriya müharibəsində 270 mindən çox adam ölüb.


Müəllif: