30 İyul 2016 18:14

Pakistanda yağan intensiv yağışlar bəzi bölgələrdə selə səbəb olub.

Teleqraf.com "Ria Novosti" agentliyinə istinadən xəbər verir ki, Xayber rayonunda sel sərnişin avtobusunu aparıb. Hadisə nəticəsində 21 nəfər həyatını itirib. Onların toydan qayıtdıqları bildirilib.

Hadisə yerinə çox sayda xilasedici cəlb edilib.

Elvin


Müəllif:
Загрузка...